Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gündüz İsmayılov: “Məscidlərimizdə də bu yöndə lazımi təbliğat işi gedir”

Dinimizin tələb və tövsiyyələri baxımından bayrağa, vətənə məhəbbət nə dərəcədə zəruridir…

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür.

Dinimizin tələb və tövsiyyələri baxımından bayrağa, vətənə məhəbbət nə dərəcədə zəruridir və dinimizin təbliği çərçivəsində məscidlərimizdə bayraq və vətən sevgisi ilə bağlı lazımi maarifləndirmə işi aparılırmı?

Din.az bildirir ki, Moderator.az-ın sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, sözügedən məsələlərin hər zaman diqqət mərkəzində saxlanıldığını vurğulayıb:

“Biz İslamda vətən və bayraq sevgisi, vətən və bayraq qarşısında borcumuz, dinimizin hər ikisinə münasibəti barədə ayrıca kitablar nəşr etmişik. Həmin kitablar məktəblərdə, məscidlərdə, gənclər və yeniyetmələr arasında, silahlı qüvvələrimizdə, hətta həbsxanada paylanılıb.

O ki qaldı, məscidlərdə təbliğata, bu iş gedir. Əlamətdar günlərdə, o cümlədən Bayraq Günündə ibadət evlərində bu barədə din xadimləri tərəfindən söhbətlər edilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az