Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gündüz İsmayılov: “Bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər”

“Dini bayramlar dövlət səviyyəsində qeyd edilir”.

“Dünyada bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər. Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Biz hər zaman bu məsələdə ulu öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

G. İsmayılovun sözlərinə görə, dünyəvi dövlət o demək deyil ki, dinə qarşı bir mövqedə dayanır: “Hətta dünyəvi dövlət olduğu halda dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bunun bariz nümunəsi kimi Azərbaycanı göstərmək olar. Bizim ölkəmizdə əhalinin 96 faizini müsəlmanlar təşkil edir. İslam dininin müqəddəs bayramları sayılan Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd edilir. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlara, dini konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq”. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az