Güləndən ABŞ-la bağlı açıqlama

“Problemim olduğu zaman mənə kömək edə biləcəklərini bildirdilər”.
FETO lideri Fətullah Gülən son açıqlamasında Amerika hökumətindən dəstək aldığını etiraf edib.
“Din.az” “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Fətullah Gülən, bir neçə amerikalının görüşmək üçün onun yanına gəldiyini bildirib: “Mənə hansısa məkanlarda evlərinin olduğunu, orada pulsuz yaşaya biləcəyimi deyiblər. Həmçinin hər hansı maliyyə problemim olduğu zaman kömək edə biləcəklərini bəyan ediblər”.