Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

GÜLƏN VAŞİNQTONA ARXALANDI: “ABŞ PREZİDENTİ MƏNİ…”

“Düşünmürəm ki, ABŞ prezidenti ABŞ-ın reputasiyasını ləkələməyə risk etsin”.

“Fəthullah Terror Təşkilatı”nın (FETÖ) lideri Fəthullah Gülən ABŞ-ın onu Türkiyəyə verməyəcəyinə əmindir.
Din.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda FETÖ liderinin özü “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.


“Düşünmürəm ki, ABŞ prezidenti, istər respublikaçı, istərsə də demokrat, bu mənasız tələbə tabe olaraq dünyada ABŞ-ın reputasiyasını ləkələməyə risk etsin”, – Gülən deyib.
O hesab edir ki, Amerika hakimiyyəti onun ekstradisiyası haqqında Türkiyənin tələbləri barəsində uyğun hüquqi prosedura riayət edəcək.
“Mən özüm üçün narahat olmuram”, – FETÖ lideri əlavə edib.
Qeyd edək ki, Fəthullah Gülən 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə bir nömrəli şübhəlidir. Türkiyə onun dövlət çevrilişinə cəhddə iştirakını sübut edən dəlilləri toplayaraq ABŞ-a təqdim edib. Lakin Vaşinqton Gülənin ekstradisiyasına müsbət yanaşmır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az