Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Göz damcısı orucu pozarmı?

Hər zəviyyətdə göz damcısının oruca zərəri…

Ramazanda göz damcısından istifadə edərkən diqqət edilməsi lazım olan nüanslar hansılardır?

“Din.az” xəbər verir ki, türkiyəli mütəxəssisin bildirdiyi fikilərə görə, alimlər gözə damızdırılan dərmanın orucu pozub-pozmayacağı ətrafında müzakirə edib. Pozmayacağını söyləyənlərin fikirləri mövzuya daha uyğundur. Belə ki, əgər zəruri bir müalicə alırsınızsa dərmanı gözünüzə damızdırın. Bunun üçün orucunuzu qəza etməyinizə ehtiyac yoxdur. Yox, əgər təxirə salına biləcək bir müalicədirsə, oruc tutmadığınız vaxtlarda və ya saatlarda dərmanı damızdırmanız sizin də ürəyinizi rahatladar. Hər zəviyyətdə göz damcısının oruca zərəri yoxdur.

Türkiyənin Diyanet İşləri Nazirliyi isə davamlı olaraq soruşulan bu sualı göz damcısının orucu pozmayacağını açıqlayıb. Gözün insan orqanizmində özünü yeniləməyən yeganə orqan olduğunu vurğulayan mütəxəssis, “göz qəti şəkildə təxirə salınmamalıdır və müalicəsi davamlı olaraq edilməlidir. Vaxtaşırı göz müayinəsindən keçən və göz damcısı istifadə edən xəstələr müayinlərini və damcılarını Ramazan ayı səbəbi ilə əsla təxirə salmamalıdır” deyə qeyd edib.

MÜZAKİRƏ

1 şərh Göz damcısı orucu pozarmı? üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az