Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Gırgır” jurnalı Musa əleyhissəlamı ağır təhqir etdi

“Bu yumor və söz azadlığı deyil, əxlaqsızlıq və nifrət cinayətidir”.

“Sözcü” qəzetini dərc edən qrupa aid olan yumoristik “Gırgır” jurnalı, Musa əleyhissəlamla bağlı qalmaqala səbəb olan karikatura dərc edib və həmin karikatura etirazlarla qarşılanıb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalda dərc edilmiş Musa əleyhissəlamı təhqir edən karikatura sosial mediada böyük etirazlara səbəb olub.

Həmin qalmaqallı karikatura budur:

Prezidentin baş sözcüsü İbrahim Kalın da qalmaqallı karikaturaya etirazını bildirərək deyib: “Bu yumor və söz azadlığı deyil, əxlaqsızlıq və nifrət cinayətidir”.

Bu karikaturadan sonra edilən etirazlar səbəbilə jurnal açıqlama vermək məcbriyyətində qalıb. “Twitter” vasitəsilə verilən açıqlamada deyilib: “Yorğunluq və yuxusuzluq səbəbilə çapdan əvvəl diqqət edilməyən bu “bərbad” karikaturaya görə incitdiyimiz hər kəsdən üzr istəyirik”.

Həmin açıqlama:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az