Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gəncə şəhər Dini Memarlıq Kompleksində iftar verilib – FOTO – VİDEO

İftar süfrəsində Mübariz Qurbanlı da iştirak edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar mərasimində iştirak edib. Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. 

“Din.az” xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın, Qurani-Kərimin Ramazan ayında göndərilməsi də şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir.

13578997_1453915697959310_1651422716_n

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir. Bugünkü iftar süfrəsi də belə bir xoş niyyətlə açılıb. Komitə sədri mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyib və cansağlığı arzulayıb. 13576503_1453915691292644_1830356826_n

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov Ramazan ayının İslam dinində böyük önəmə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi müqəddəs günlərin ayıdır. Həmçinin göstərilən diqqqətə görə ölkə başçısına minnətdarlığını ifadə edib. Şəhid atası Çingiz Quliyev xatırladıb ki, bəşəriyyəti birliyə, eyni masa ətrafında səmimiyyətə səsləyən Ramazan ayı dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin hələ uzun qərinələr belə nəsil-nəcabətlərinin əməllərində yaşayacaq. Şəhid atası belə birliyin daim davamlı olmasını arzuladığını bildirib.

13530298_1453915701292643_2136988881_n

Mərasimdə çıxış edən dindarlar ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan geniş danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıblar.

13565547_1453915704625976_1797014347_n

13563201_1453915694625977_59990471_n

52277

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az