Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Fransanın dövlət orqanlarında islamofobiya çoxalıb

Ayrı-seçkiliyə, haqsızlıqlara qarşı biz reaksiya göstərməsək, bütün cəmiyyət bir-birindən nifrət edəcək hala gələcək

Fransada “Charlie Hebdo” və Parisdəki terror hücumlarından sonra müsəlman əleyhinə hücumlar 2016-cı ildə azaldığını göstərsə də, İslamofobiya ölkə daxilində gün keçdikcə daha “təşkilati” bir hala çevrilir.

“Din.az” xəbər verir ki, Fransanın yeganə müsəlman təşkilatı olan Fransa İslam Şurası (CFCM) tərəfindən yayımlanan hesabatda Fransada yaşayan müsəlmanlara qarşı keçən il (2014-cü ilə nəzərən 223 dəfə artıb) 429 fiziki və təşkilati hücumun olduğunu açıqlayıb. İslamofobiya ilə Mübarizə Dərnəyi (CCIF) isə hücumların sayını 905 olaraq təqdim etmiş və bir il ərzində 18,5 faiz artım olduğunu ifadə edib. Bu ilin ilk 3 ayı üçün CFCM tərəfindən açıqlanan rəqəmlər 2015-ci ilin eyni dönəminə görə 80 faiz aşağı göstərici ilə ilk baxışda yaxşı bir tablo təəssüratı versə də, müsəlmanlar il ərzində xüsusilə də fransız hökumətinin heç olmadığı qədər ağır tənqidlərinə məruz qalıb. Müsəlmanları hədəf alan ilk müzakirə, mart ayında Fransa Qadın Hüquqları naziri Laurence Rossignolun hicaba dair açıqlamaları ilə başladı. Rossignol, beynəlxalq geyim markalarının “mühafizəkar” moda anlayışına uyğun məhsullar satmasını tənqid etmiş və bu markalara qarşı boykot çağırışı etmişdi. Fransız nazir daha sonra hicablı qadınları Amerikada köləliyi dəstəkləyən zəncilərə bənzədərək böyük səs-küy yaratmışdı. Rossignolun açıqlamalarından yalnız bir neçə gün sonra Fransanın baş naziri Manuel Valls universitetlərdə hicabın qadağan olunması çağırışını etmiş, başörtüsünü “qadının inkar edilməsi” olaraq xarakterizə etmişdir.

Dövlət məktəblərində ayrı-seçkilik…

Müsəlmanlara yönələn hücumların əksəriyyəti dövlət strukturlarında meydana gələrkən, dövlət məktəbləri ayrı-seçkiliyin ən çox yaşandığı təşkilat olaraq diqqəti çəkir.

CCIF-nin İslamofobiya hesabatına görə, ötən il 905 hücumun 64 faizi ictimai təşkilatlarda meydana gələrkən, məktəblərdə 177 hadisə ilə nəzərə çarpır. Məktəblərdə yaşanan hücumların böyük bir qismi şagirdləri evə aparan hicablı analara qarşı olarkən, müsəlman oğlan şagirdlərin “terrora tərif” ittihamları ilə ayrı-seçkilik olaylarında ikinci sırada yer alır.

İslamın fransız məktəblərindəki yeri ilk dəfə 1989-cu ildə Parisin şimalında, əksər müsəlmanların yaşadığı Creildə 3 qızın liseyə başıbağlı olaraq getməsi ilə gündəmə gəlmiş, şagirdlərin məktəbdən uzaqlaşdırılması isə böyük səs-küyə səbəb olmuşdu.

Fransada da 2004-cü ildə qəbul edilən qanundan sonra, təhsil müəssisələrində hər cürə dini ünsürün geyilməsi qadağan olunarkən, son bir ildir ki, müsəlman şagirdlərin uzun ətək geyinməsi belə narazılığa səbəb olur. Ötən il ölkənin şərqində yerləşən Charlevilles-Mezieres şəhərində bir şagird məktəbə hicabı çıxardaraq gəlsə də, uzun ətək geyindiyi üçün müdir tərəfindən dərsdən çıxardılmışdı.

“Fransız siyasətçilər İslamofobiyanın varlığını qəbul etmək istəmir”

Montereau-Fault-Yonnedəki Floran Trista Liseyinə gedən qız uzun ətək geyindiyi üçün məktəbdən uzaqlaşdırılan Marie-Christine məktəblərdə və dövlət strukturlarında müsəlmanlara istiqamətlənən hücumlara bilərəkdən göz yumulduğunu bildirib. Həmçinin, Marie-Christine, müsəlman olmayan şagirdlərin məktəbə uzun ətəklə gəlməsinə səs çıxarılmadığını isə xüsusi qeyd edib.

Qızının başına gələnlərin yeganə hadisə olmadığını söyləyən Marie-Christine, “qızımın məktəbdə yaşadıqlarından sonra polisə şikayət etməyə qərar verdim, çünki müsəlmanlara qarşı ayrı-seçkilik gün keçdikcə daha da artır” deyə bildirib.

Fransa Milli Təhsil Nazirliyinin hadisəni böyütmək istəmədiyi üçün vasitəçi göndərdiyini, şikayətdən sonra açılan iddianın isə yalnız bir həftəyə qüvvədən düşdüyünü ifadə edən Marie-Christine, müsəlmanlara yönələn hücumların gizlədildiyini bildirib.

Bu yanaşmanın ölkə miqyasındakı səlahiyyətlilərdə də mövcud olduğunu söyləyən Marie-Christine, “Fransız siyasətçilər İslamofobiyanın varlığını qəbul etmək istəmir. Müsəlmanlara qarşı olan ayrı-seçkiliyin üstü bağlanaraq, mühakimə edilməsinə mane olunur” deyib.

Şagirdlər məktəblərdə müsəlmanlar haqda yaxşı məlumat almadığı üçün başıbağlı qadın və ya cilbab geyinən kişiləri doğurdan da “terrorçu” olaraq gördüklərini vurğulayan Marie-Christine, “Bu halda valideynlərin boynuna böyük iş düşür. Ayrı-seçkiliyə, haqsızlıqlara qarşı biz reaksiya göstərməsək, bütün cəmiyyət bir-birindən nifrət edəcək hala gələcək”, – deyə şərhini verib.

Fransa müsəlmanlarının “SEÇKİ” narahatlığı…

Fransada yaşayan müsəlmanlar, xüsusilə prezident və ümumi seçkilər yaxınlaşdıqca daha çox tənqidə hədəf olma qorxusu yaşayır.

Fransa İslamofobiya Rəsədxanasının Başçısı Abdallah Zekri, müsəlmanlara qarşı yönələn hücumların azaldığını göstərən CFCM hesabatının yayımlanmasından sonra rəqəmlərə ehtiyyatla yaxınlaşdığını bildirərək bu açıqlamaları verib:

“Qarşıda bizi gözləyən seçkilər yaxınlaşdıqca və bəzi siyasətçilərin müsəlmanlara yönələn açıqlamaları nəzərdən keçirildikdə, vəziyyətin gün keçdikcə pisləşəcəyi və müsəlmanlara qarşı hücumların yenidən artacağı fikrindəyik”.

Fransa İslam Şurasının sədri Anouar Kbibech isə ötən həftə Fransa Daxili İşlər naziri Bernard Cazeneuvenin qatıldığı iftarda, ölkədə İslamofobik ifadələrin getdikcə yayıldığını ifadə etmiş, müsəlmanları qorumaq mövzusunda hökumətin daha çox tədbir almasına çağırış etmişdi.

MÜZAKİRƏ

1 şərh Fransanın dövlət orqanlarında islamofobiya çoxalıb üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az