Fransada məscidlər bağlanır, imamlar işdən uzaqlaşdırılır

80 nəfərə yaxın imam işdən uzaqlaşdırılıb
Fransanın Daxili İşlər naziri Bernar Koznovun dediyinə görə ölkə ərazisində “radikal dini baxışların təbliğinə görə” 20 məscid bağlanıb, 80 nəfər imam işdən xaric edilib. Onun sözlərinə görə ölkəsi məscidlər üçün imamların hazırlanmasını həyata keçirəcək.
“Din.az” xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatına görə Koznov Fransa parlamentinin üzvləri ilə görüşdükdən sonra bildirib ki, məscidlərin bağlanması və imamların işdən çıxarılması “terrorizmlə mübarizə” çərçivəsində davam edəcəkdir.
O həmçinin məscidlərin maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi üçün gərəkli işlərin görüləcəyini vurğulayıb.