Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FRANSA PREZİDENTLİYİNƏ POTENSİAL NAMİZƏD EMMANUEL MAKRON KİMDİR? – O, PREZİDENT SEÇİLƏRSƏ…

Emmanuel Makronun Fransa prezidenti olması Azərbaycan üçün nə verəcək?

Fransanın prezidenti olmaq uğrunda gedən çətin yarışlarda Emmanuel Makron seçki nəticələrinin 85 faizinin hesablanmasından sonra namizədlər arasında 1-ci yerdədir.

“İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və sağ Milli Cəbhə Partiyasının lideri Mari Le Pen ikinci tura keçdilər.

Makron  23,7 fazi səs toplayaraq Le Pendən (22,7 faiz səs) 1 faiz səslə irəli keçib.

Milli Cəbhə partiyasının lideri Mariya Le Pen öz qatı millətçi və islamifobiya düşüncələri ilə tanınan ultra-sağçı siyasətçilərdən biridir.

Bəs,  potensial namizəd Emmanuel Makron kimdir?

Fransa prezidentinin bir addımlığında olan Emmanuel Makronu  hazırki prezident Fransua Olland da təbrik edib. Görünür,  onun mayın 7-də keçiriləcək  ikinci turda da üstünlük qaznmağına ümid edənlər çoxdur.

Emmanuel Makron Fransanın sabiq iqtisadi inkişaf naziridir. Digər 11 namizədlərin içərisində ən gəncidir və iradəsi ilə seçilir. İrəli Hərəkatının təsisçisi olan 39 yaşlı siyasətçinin prezident kimi namizədliyini irəli sürməsi sosialist solun və mühafizəkar sağların ciddi şəkildə reaksiyasına səbəb oldu.  O öz potensialı ilə hər iki cinahda artıq vahimə yaratdı.

Makron rezidentliyə namizədliyini açıqlayanda “Məqsədim yalnız sol ilə sağı deyil, Fransız xalqının hamısını birləşdirməkdir” – deyib.

Qədim investisiya bankiri olan Emmanuel Makron, əvvəl Fransua Ollandın iqtisadiyyat üzrə məsləhətçisi,  2014-cü ildə isə iqtisadiyyat naziri olub.

İlk dövrlərdə onun fəaliyyəti o qədər də gözə çarpmırdı.  Ticarət obyektlərinin bazar günləri də açıq qalmasını təmin edən və iqtisadiyyatın bəzi sektorlarında yenilik yaradan  mübahisəli “Makron Qanunu” ilə ölkənin diqqətini üzərinə çəkib. Onun bu qanuna qarşı etiraz aksiyası keçirilib, amma baş nazir Manuel Valsın dəstəyilə qanun qəbul edilib.

O, Fransa iqtisadiyyatında yeni eranı başlatmaq istəyir.  Rəqəmsal sahədə və uzun məsafəli avtobus bazarına xüsusi dəstək verir.

Fransanın şimalında yerləşən Amiens şəhərində dünyaya gələn Emmanuel ölkənin ən prestijli təhsil ocaqlarından biri olan, Parisdə yerləşən “Henri-IV-də təhsil alıb.  Daha sonra ölkənin elit təbəələrinin uşaqlarını oxutduğu ENA kolecinə gedib.  Fəlsəfə, daha sonra maliyyə sahəsində ixtisasını davam edib.

Özündən 20 yaş böyük xanımla evləndi

Fransa prezidenti Olland 2006-cı ildə onunla tanışıb.  İndiyədək millət vəkili olmayan Makron özündən 20 yaş böyük keçmiş fransız müəllimi  Brigitte Trogneuksla ailə qurduqdan sonra gündəmə düşdü. 2007-ci ildə həmin xanımla nikah bağlaması Fransada çaşqınlıq yaratdı.

Trogneuks “Paris Match” jurnalına verdiyi müsahibəsində Makron haqqında danışarkən bunu deyib: “Hələ 17 yaşında Emmanuel mənə nə edirsən et, bir gün səninlə evlənəcəyəm!”.

Makron ona əl tutanlara qarşı

Siyasi karyerasını Ollandın dəstəyi ilə davam etdirən Makron İrəli Hərəkatını təsis etdikdən sonra   hökumətdəki rolu da getdikcə qəribə hal alıb. O ilk mitinqini keçirəndə  baş nazirdə və prezident Ollanda müəyyən şübhə yaratdı.  Olland onu vəzifədən çıxartmaqla təhdid edib. Olland onu xəbərdarlıq edərək “Qaydalara riayət etməsən, səni çıxardacam” deyib.

 

“Gəncsən çox işlə” prinsipi

İşçilərin Ümumi Konfederasiyası (CGT) həmkarlar ittifaqının keçirdiyi iyun ayındakı etiraz aksiyasında o, həmkarlar ittifaqı üzvünə “Bir dəst paltar almağın ən yaxşı yolu işləməkdir”, – dedikdən sonra yumurta atəşinə tutulub. Avqust ayında isə iqtisadiyyat naziri vəzifəsindən istefa verib.

 

Makronun tutduğu siyasi mövqe nələri vəd edir?

Makronun təsis etdiyi İrəli Hərəkatının  100 mindən artıq dəstəkçisi var. O, gənclər üçün Fransada hazırda qüvvədə olan 35 saatlıq iş rejimini artırmaq niyyətindədir. “Le Nouvel Observateura” ya  verdiyi açıqlamada bu planını, “gənck ikən 35 saat işləməklə  heç bir şeyə nail ola bilməzsiz” şəklində açıqlayıb. O, 50 yaşlı insanlar üçün isə iş saatlarını azaltmağı təklif edir.

Onun fikirlərini Fransız solu ciddi qəbul etmir və  Makronu ” Toni Bleyerin oxşarı” kimi təqdim edirlər.  Makron özünü solçu kimi təsvir edir,  ancaq bu solu “həqiqətlərin fərqində olan və bu ölkə üçün islahat istəyən”  siyasi quruluş kimi qiymətləndirir.

 

Emmanuel Makronun Fransa prezidenti olması Azərbaycan üçün nə verəcək?

“Din.az”ın bildirdiyinə görə, politoloq Qabil  Hüseynli  “A24.Az”a açıqlamasında qeyd edib ki, Fransa prezidentliyinə namizədlər arasında Makron ən ideal namizəddir. “ Çünki  o, digər namizədlərdən fərqli olaraq  Avropa Birliyinin möhkəmləndirilməsini istəyir.   Eyni zamanda namizədlər arasında ən gəncdir  və Rusiya ilə münasibətlərdə prinsipial addım atmağın tərəfdarıdır, siyasəti daha tarazlaşdırılmışdır. O,  ki qaldı Qarabağ məsələsində tutulan mövqeyə, fransızlar həmişə ermənipərəst mövqe tutublar. Amma hər bir halda Makron hamı üçün daha uğurlu namizəddir”.

Vüsalə Əlövsətqızı, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az