Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransa müsəlmanlarla sağçıların gələcək təhlükəsindən narahatdır

“Sağçılarla müsəlmanlar arasında qarşıdurma yaranması ehtimalı güclüdür”

Avropada radikal sağçılarla müsəlmanlar toqquşa bilər.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, bu barədə Fransa Daxili Kəşfiyyat Təşkilatının (DGSİ) sədri Patrik Kalvar məlumat verib.

Onun sözlərinə görə, bir müddət sonra radikal sağçılar terrorçular qədər təhlükəli olacaq:

“Gün gələcək, radikal sağçı qruplarla mübarizə etmək məcburiyyətində qalacağıq. Bu qarşıdurma qaçılmaz olacaq. Sağçılarla müsəlmanlar arasında qarşıdurma yaranması ehtimalı güclüdür. Diqqət edin, radikallarla deyil, müsəlman dünyası ilə. Avropa böyük təhlükə içindədir. Söhbət bütün Avropada yüksələn bir radikal sağçı təhlükəsindən gedir. Biz xidmətlərimizin bir hissəsini bunları izləmək üçün səfərbər edirik. Bir gün birliklər arası qarşıdurma baş verəcək”.

Terror təşkilatları ilə mübarizədə yeni texnikalara ehtiyac olduğunu deyən Kalvar, votsap, vayber və teleqram kimi mobil rabitə sistemlərinin təqibində çətinlik çəkdiklərini əlavə edib.

MÜZAKİRƏ

1 şərh Fransa müsəlmanlarla sağçıların gələcək təhlükəsindən narahatdır üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az