Fransa 10 müsəlman qadına cəza yağdırdı!

Müsəlman qadınlara cərimə ödədilib
Fransanın şərqində yerləşən Kann şəhərində polis 10 müsəlman qadını cərimələyib.
“Din.az” “axar.az”a istinadən xəbər verir ki, buna səbəb onların ictimai hovuzlarda burkini ilə çimmələri olub. Verilən məlumata görə, xanımlar adam başına 38 dollar cərimə ödəməyə məcbur olublar.
Xatırladaq ki, Fransanın artıq Kann, Sisko və Vilnov-Lube şəhərlərində qadınların xüsusi çimərlik geyimi – burkini ilə ictimai yerlərdə çimməsi qadağan olunub.