Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“FETÖ işi” ilə əlaqədar həbs olunmuş AXCP üzvünün məhkəməsi davam edib

Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev zərərçəkmiş Məhəmməd Quliyevin axtarışda olduğunu deyib və bununla bağlı məlumatları məhkəməyə təqdim edib. Hakim həmin məsələnin araşdırılacağını deyib. M. Quliyev isə axtarışda olmadığını bildirib.


İclasda ifadə verən digər zərərçəkmiş Samir Xəlilov heç bir zərər çəkmədiyini söyləyib.
İclasda F. Əhmədli də ifadə verib. O, bildirib ki, ittihamların heç birin qəbul etmir.
O, texniki işçi olduğunu söyləyib və bildirib ki, əlində gizli məlumat olmayıb.
İclasda F. Əhmədlinin əmisi oğlu Əliağa Əhmədli şahid qismində ifadə verib. O, bildirib ki, M. Quliyevə pul veriblər, sonra M. Quliyevi tapa bilmədikləri üçün Fuad Əhmədliyə zəng edib, onun yerini öyrənməyi xahiş edib. F. Əhmədli də ona M. Quliyevin ölkə xaricində olduğunu deyib.
Proses mayın 23-də davam edəcək.
Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az