Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FETÖ-çuların gizli dili: “miniatür kitab, alt paltarı, möhür…”

Kiçik miniatür kitablar içərisində işarələnmiş mesajlar…

İzmirdə FETÖ araşdırması çərçivəsində həbs olunan və Fətullah Gülənin kuryeri olduğu iddia edilən Malik Əjdər Eriş adlı şəxs saxlanılıb.
Din.az bildirir ki, İzmirdə 14-cü Ağır Cinayətlər Məhkəməsinə gətirilən şübhəli şəxs, məhkəmə zalında “silahlı terror təşkilatının üzvü olduğuna” dair iddiaları qəbul edib.
Məhkəmə zalında iştirak edən “Zaman” qəzetinin keçmiş baş direktoru Nurəddin Verən bildirib ki, araşdırmalar zamanı FETÖ-çular bir-birinə xüsusi əşyalarla mesajlar göndərib: “ABŞ-da olan müttəfiqlərinə kuryerlər vasitəsilə kiçik miniatür kitablar içərisində işarələnmiş mesajlar, möhür və alt paltarları göndərirdilər. Kuryerlər bunun nə demək olduğunu bilmir. Mesajın göndərildiyi şəxslər Fətullah Gülənin ən yaxın və sadiq adamlarıdır”.
Məhkəmə heyəti müttəhimin həbs halının davamına qərar verərək məhkəməni irəli tarixlərə təxirə salıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az