Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ 40 İL BOYUNCA BUNA HAZIRLAŞDI – ƏRDOĞAN

“Bəzilərinin öz oğlunun etdiyi dələduzluqdan xəbəri yoxdur”.

FETÖ şəbəkəsi 40 il boyunca bu ölkədə çevriliş etmək üçün hazırlıq gördü.

Din.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bəzən yanımıza gəlirlər: Mənim oğlumun günahı yoxdur. O, tərtəmizdir. Onu aldatdılar, – deyirlər. Lakin oğlunun etdiyi dələduzluqdan xəbəri yoxdur. Heç kim “Mən FETÖ-çuyam, mənim tanrım Pensilvaniyadadır” – demir. “Bizə şah damarımızdan daha yaxındır” – deyirlər. Elə bir şey ola bilərmi? Bizə Allahdan başqa şah damarımıza yaxın olan güc yoxdur. 40 il buna hazırlaşdılar. Əsas məqsədləri ölkəni diz çökdürmək idi”, – dövlət başçısı bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az