Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fəthullah Gülən infarkt keçirib?

FETO liderilə bağlı yeni məlumat yayılıb.

Hüseyn Gülərcə: “Fəthullah Gülənin köməkçiləridən olan Osman Şimşek FETO liderinin infarkt keçirdiyini bildirib”.

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, “Star” qəzetinin müxbiri Hüseyn Gülərcə, Gülənin Pensilvanyadakı köməkçisinin infarkt keçirməsilə bağlı “twitter” hesabından ismarış yaydığını qeyd edib.

İddiaya əsasən, Osman Şimşek həmin xəbəri “Twitter” ünvanından əvvəl paylaşaraq sonra dərhal silib. Hüseyn Gülərcə “Twitter” səhifəsindən bunları yazıb:

“Pensilvanyadakı köməkçilərindən Osman Şimşek, Gülənin infarkt keçirdiyini elan edib. Əgər onu xəstəxanaya aparsalar, yolda öldürə bilərlər”.

Osman Şimşəyin “twitter”də yazdığı sonrakı ismarışı belədir: “Yazıq quldurlar və onun toruna düşənlər, yalan xəbərlə təsəlli tapmaq istəyirlər. Heç bir ismarışımı silmədim. Bu səhifədə olmayan ismarış mənə aid deyildir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az