Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fəthullah Gülən geydir – Türkiyədə gündəm olan iddia

“Tələbə yataqxanalarında qalan hər kəsdən pul alırdılar”.

Ərzurumda keçirilən FETO istintaq araşdırmasında FETO-çü bacılar təşkilat başçısı Fəthullah Gülənin gey olması ilə bağlı fikirlər səsləndiriblər.

Din.az “A24.az”a istinadən xəbər verir ki, istintaq zamanı ifadə verən FETO yurdlarında qalan qız tələbə R.K. “Söhbətlər zamanı Fəthullah Gülənin həyatı və xidmət dedikləri şeyləri fəxrlə danışırdılar. Bir dəfə biri “Fəthullah Gülən niyə evlənmədi, o geydir?” deyə soruşduqda bacılardan biri “qətiyyən bu iddia düzgün deyil” deyə cavab verdi.
“Fəthullah Gülənin yuxusunda bir xanımla evlənən ərəfədə Peyğəmbərimizi gördüyünü və Peyğəmbərin ona arxasını çevirdiyini, ona görə də Fəthullah Gülənin evlənmədiyini danışdı. İclaslarda Fəthullah Gülənin video kasetlərini izlədirdilər. Mən anlamırdım, amma bütün videolarında ancaq ağlayırdı, məcburi olduğu üçün həmin yığıncaqlarda iştirak edirdim. Tələbə yataqxanalarında qalan hər kəsdən pul alırdılar. Gül adlı bir qadının həmin yataqxanada qrupa rəhbərlik etdiyini və binanın damında qaldığını bilirdim” – deyə o qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az