Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fazil Mustafa necə dindar oldu?

“Uydurulmuş dini təmsil eləyənlərin nüfuzu, cəmiyyətə təsir imkanları daha böyükdür”.

“Din.az” saytı tanınmış şəxslərin dini fikirlərini təqdim etdiyi layisəni davam etdirir.

Ötən dəfə Elməddin Cəfərovla olan müsahibəni təqdim etmişdik. Aldığımız elektron məktublar və zənglərdən məlum oldu ki, müsahibə çox rəğbətlə qarşılanıb. Rəğbətlə seyr edilən aktyorun səmimi dindarlığını ilk dəfə öyrəndilər.

“Din.az” bu dəfə siyasi sferada maraqlı çıxışları və daim məsələlərə öz sözü və fikirləri ilə aydınlıq gətirən Milli Məclisin deputatı Fazil Mustafa ilə olan maraqlı müsahibəni təqdim edir.

Siz bu söhbətdə millət vəkilinin necə dindar olduğunu, din haqqındakı düşüncələrinin şahidi olacaqsınız.

Elşad Mirinin Fazil Mustafa ilə olan müsahibəsindəki maraqlı məqamların xülasəsini qısa şəkildə nəzərinizə çatdırırıq:

  • “İndiki mövcud görünüş ilə mənim İslama münasibətin mənfi olub” şəklində sualı cavablandıran millət vəkili bu səbəbdən daha sonra ibadətini dayandırıb. Müsahibənin davamında Fazil Mustafa İslamla bağlı gördüyü yalnışları və doğruları aşağıdakı şəkildə onu sevənlərlə paylaşıb:
  • “Peyğəmbərin əxlaqını götürə bilməyənlər onun geyimini götürür”.
  • “Uydurulmuş dini təmsil eləyənlərin nüfuzu, cəmiyyətə təsir imkanları daha böyükdür”.
  • “Amma bu formada təqdim olunan dinin qarşısında dinsiz olmaqdan başqa yolum qalmır”.
  • “Bu gün də biri gəlib desə ki, ölü dirildəyəcəm, yenə Azərbaycan cəmiyyətində buna inanan insanlar var”.
  • “Biz İran dininin rəzaləti içində uzun illər İslam anlayışından uzaq düşmüşük”.
  • “Gedib pirlərə, övliyaların qəbri deyilən yerdə instituta qəbul olmaq üçün, yaxud da evlənmək üçün dualar edirlər”.
  • “Biz ənənəvi İslamdan qurtulmalıyıq, bu bizim faciəmizdir”.

“Din.az” həlim, səlits və savadlı danışıq tərzi ilə sevilən millət vəkili Fazil Mustafanın müsahibəsini təqdim edir. Fazil Bəyin İslam və cəmiyyətimizlə bağlı daha maraqlı fikirlərinə tam olaraq  videomüsahibədə baxa bilərsiniz:

MÜZAKİRƏ

3 şərh Fazil Mustafa necə dindar oldu? üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az