Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fazil Mustafa: “Elşad Miriyə olan etirazlardan İslamın qatillik, vəhşilik, zorakılıq üçün ən əlverişli din olduğu anlaşılır”

Millət vəkili Fazil Mustafa ilahiyyatçı Elşad Mirinin bir neçə gün əvvəl APA.Tv-də yayınlanan, lakin cəmiyyətin bəzi üzvləri tərəfindən qəbul edilməyən reportajına dəstək nümayiş etdirib. “Din.az” “A24.Az”a xəbər verir ki, deputat özünün sosial şəbəkədəki hesabında ilahiyyatçı barədə bunları qeyd edib: “İlahiyyatçı Elşad Mirinin APA.Tv-də yayınlanan bir reportajını paylaşdım. Həm də bilərəkdən. Çünki adam deyir ki, İslam […]

Millət vəkili Fazil Mustafa ilahiyyatçı Elşad Mirinin bir neçə gün əvvəl APA.Tv-də yayınlanan, lakin cəmiyyətin bəzi üzvləri tərəfindən qəbul edilməyən reportajına dəstək nümayiş etdirib.

“Din.az” “A24.Az”a xəbər verir ki, deputat özünün sosial şəbəkədəki hesabında ilahiyyatçı barədə bunları qeyd edib:

“İlahiyyatçı Elşad Mirinin APA.Tv-də yayınlanan bir reportajını paylaşdım. Həm də bilərəkdən. Çünki adam deyir ki, İslam dini qatilliyə rəvac verən din deyil, Quranda baş kəsməklə, daş-qalaq etməklə bağlı ayələr səhv tərcümə olunub, sırf mərhəmət dinidir. Burada dindən çıxdığına görə adamı öldürmürlər, qadına zorakılıq tətbiq etmirlər…

Bu açıqlamalara etiraz edənlərin, adamın ata-anasını söyənlərin mühakiməsindən belə anlaşılır ki, İslam dini qatillik üçün, vəhşilik üçün, zorakılıq üçün ən əlverişli dindir, bu dini əlimizdən niyə alırsınız? Xeyirli olsun, İŞİD-in, Talibanın, əl-Kaidənin, Hizbullahın, FETO-nun, Həşdi-Sabinin, Boka-Haramın yaşatdığı, “gözəllik” gətirdiyi bu dininizi yaşayın, modern dünyada insanları yaşadığınız İslam adıyla Xortdan kimi qorxudun, bütün yenilikçi yanaşmaları yerindəcə boğun, daş-qalaq edin ki, təsəvvürlər dəyişməsin, baxışlar yeniləşməsin! Allah Azərbaycanı bu vəhşiləşmiş və acımasız insanların qafasındakı İslamdan qorusun!”

İlahiyyatçının APA.TV-yə verdiyi müsahibəni yenidən sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az