Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

EYNŞTEYNİN ALLAH HAQQINDA MƏKTUBLARI SATILDI

“Əgər Allah dünyanı yaradıbsa, onun əsas qayğıları siyahısında, dünyanın dərkini bizim üçün sadə etmək olmayıb”.

Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.

Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları Devid Bom və Maks Borna ünvanlayıb.

Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.

“Əgər Allah dünyanı yaradıbsa, onun əsas qayğıları siyahısında, dünyanın dərkini bizim üçün sadə etmək olmayıb”, – deyə Eynşteyn öz həmkarına yazıb.

Sonrakı yazışmalarda Eynşteyn Amerika cəmiyyətində öz müasirlərinin əhval-ruhiyyəsini Almaniyada sonuncu imperator II Vilhemin dövrünün atmosferi ilə eyniləşdirərək, mədəsində problemlər və intellektual ortamın kasadlığından danışır, həmçinin İsrailə köçmənin müsbət və mənfi tərəfilərindən danışıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az