Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ƏTAĞA DİPLOMUNA REAKSİYA: “BU, DİN BİZNESİDİR”

“Bu biznes isə insanların mühakimə olunmadan alver etdikləri sahədir”.

“Kapitalizmin xüsusiyyətinə görə, “Ətağa” diplomlarının alıcısı varsa, deməli, satılacaq. Satılması genişləndikdə isə alınacaq”.
Din.az “A24.Az”a istinadən xəbər verir ki, bunu “Mir Mövsüm ağa fəxri mükafatı” adı ilə diplom verilməsindən danışarkən ilahiyyatçı Elşad Miri deyib.


O bildirib ki, hətta bu gün cavanlar “Ətağa”nın şəkillərini də satırlar, maşınlar işıqforda dayandıqda hətta pəncərədən maşına atırlar:
“Bu, din biznesidir. Bu biznes isə insanların mühakimə olunmadan alver etdikləri sahədir. Yenə diqqətə çatdırıram ki, alındığı müddətdə satılacaq”.
Bu kimi halların tək dində deyil, başqa sahələrdə də mövcud olduğunu diqqətə çatdıran ilahiyyatçı bizimlə başına gələn hadisəni bölüşüb:
“Bu gün bir adam var, mənə zəng edir ki, sizə “Qızıl qələm” mükafatı vermək istəyirik, əvəzində 50 manat pul verməlisiniz və s. Yəni bunu mənə sata bilirlərsə, “Qızıl qələm”i jurnalist adları altında bunu insanlara sırıya bilirlərsə, din adı ilə edə bilirlər. Bu gün hər dini qrup öz adına təşkilat çıxarır, sonra bəzi adamları mükafatlandırır, çoxları isə bunu baş köşələrinə qoyurlar. Guya hər hansı əməklərinin qarşılığında onlara bu sənəd verilib. Belə hallar təəssüf ki, Azərbaycanda daha çoxdur. Həmin şəxslər də din adı ilə o şəkildə pul qazanırlar.
Halbuki Quranda da deyildiyi kimi peyğəmbərin insanlara yaxınlaşarkən dediyi sözlərdən biri də bu olub:
“Din sizdən heç bir mənfəət gözləmir. Bizim mükafatımızı verəcək olan yalnız Allahdır”.
Yasin surəsində də deyildiyi kimi, “sizdən heç bir mənfəət, muzd, pul tələb etməyənlərə tabe olun”.
(Mənbə: Sherg.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az