Əsədlə bağlı kifayət qədər sübut var – BMT

“Əsədin mühakimə olunması üçün hazırlıqların başlayıb”.
Suriya Prezidenti Bəşər Əsədi mühakimə etmək üçün kifayət qədər sübutumuz var.
Din.az bildirir ki, bu sözləri BMT-nin Suriyada insan hüquqlarının pozulmasının təhqiqatı üzrə müstəqil beynəlxalq komissiyasının üzvü Karla del Ponte deyib.
Əsədin mühakimə olunması üçün hazırlıqların başladıldığını deyən Ponte, məhkəmə prosesinin gecikdirilməsinə etirazını bildirib.
Qeyd edək ki, ötən həftə Karla del Ponte komissiyanın işinin nəticəsiz olmasına görə istefa edəcəyi ilə bağlı açıqlama vermişdi. / Axar.az