“Əsədin öldürülməsi müzakirə belə edilməyib” – Trampdan açıqlama

“Heç vaxt bunu müzakirə belə etməmişəm”.
ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Bəşər Əsədin öldürülməsi məsələsini heç vaxt müzakirə etmədiyini bildirib.
Din.az bildirir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Tramp Küveyt əmiri ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı məsələyə aydınlıq gətirib:
“Heç vaxt bunu müzakirə belə etməmişəm”.
Xatırladaq ki, jurnalist Bob Vudvard “Qorxu. Ağ Evdə Tramp” kitabında prezidentin 2017-ci ildə Pentaqon rəhbəri Ceyms Mettisə Bəşər Əsədin öldürülməsini təklif etdiyini yazıb.