Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ƏSƏDİN İQAMƏTGAHINI VURACAĞIQ – İSRAİLİN BAŞ NAZİRİ

Bəşər Əsədin iqamətgahına aviazərbələr endirilə bilər.

Ötən həftə Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında Soçidə baş tutan təkbətək görüşün bəzi detalları məlum olub.

Din.az bildirir ki, İranın Suriyada hərbi fəaliyyəti ilə bağlı planları Netanyahunun narazılığına səbəb olub. İddialara görə, Netanyahu Putinə xəbərdarlıq edib ki, Tehran Suriyada fəaliyyətini genişləndirsə, Təl-Əviv prezident Bəşər Əsədin iqamətgahına aviazərbələr endirəcək.

Qeyd edək ki, xarici mətbuatda İranın Suriya, Yəmən və Livanda hərbi fəaliyyətini genişləndirmək üçün ciddi səy göstərdiyi barədə xəbərlər yayılıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az