Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏSƏD TÜRKİYƏYƏ MÜHARİBƏ ELAN ETDİ

“Torpaqlarımızda qeyri- qanuni hökm sürənlərə qarşı müharibə aparacağıq”.

Bəşər Əsədin köməkçisi Buseyne Şaban Türkiyəni təhdid edib.

Din.az A24. az-a istinadən xəbər verir ki, Buseyne Şaban Livanın Əl Məyadin televiziyasına açıqlama verib. O açıqlamasında “müxalifləri dəstəkləyən xarici qüvvələrin siyasi planlarını dəyişdirməsi nəticəsində yüz minlərlə insanın öldüyü savaşın sona çatmaq üzrə olduğunu bildirib. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminin nümayəndəsi daha da irəli gedərək ” terrorun kökünü kəsəndən sonra torpaqlarımızda qeyri- qanuni şəkildə hökm sürənlərə qarşı da müharibə aparacağıq, bu istər Türkiyə olsun, istərsə də Amerika” deyib.

Açıqlama Suriya dövlət televiziyası tərəfindən də yayımlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az