Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ERMƏNİ KİLSƏSİ YANDIRILDI

12 ay ərzində kilsəyə qarşı üçüncü təxribat hadisəsi…

Fransanın Alfortville şəhərindəki erməni katolik kilsəsi yandırılıb.

“Din.az” xarici KİV-ə istinadən bildirir ki, Alfortville şəhərində yerləşən erməni kilsəsində dünən səhər 6 radələrində yanğın baş verib. Məlumata görə kilsənin qarşısındakı zibilqabı qəsdən yandırılıb və yanğın da bu səbəbdən ortaya çıxıb.

 

Heç kimin zərər çəkmədiyi bildirilən hadisədə kilsənin bir qismi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin hadisə yerinə vaxtında gəlməsi ilə yanğının yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, bunun kilsəyə qarşı son 12 ayda törədilən üçüncü təxribat hadisəsi olduğu bildirilir. Rahibin sözlərinə görə, 8 gün əvvəl də kilsə naməlum şəxslər tərəfindən daşqalaq edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az