Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRƏBLƏR HEYRƏT İÇİNDƏ: 67 İLDƏN SONRA XALQDAN VERGİ YIĞILACAQ

Səudiyyə Ərəbistanı vətəndaşları uzun illərdir ki, vergi ödəmədən yaşayırdı.

Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi səbəbi ilə bəzi məhsullara verginin qoyulmasına razılıq verib.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, dünyanın ən böyük neft idxalçısı olan Səudiyyə Ərəbistanı vətəndaşları artıq uzun illərdir ki, vergi ödəmədən yaşayırdı. Lakin 2014-cü ildə bir bareli 114 dollar olan neftin qiymətinin 55 dollara düşməsi Səudiyyə hökumətini gəlir üçün yeni axtarışlara sövq edib.

Belə ki, Səudiyyə Ərəbistanı ötən ilin iyununda Körfəz İşbirliyi Konrfansında imzaladığı müqavilədə əhaliyə 5 faiz vergi qoyacaq.

Bununla da Səudiyyə hökuməti 67 ildən sonra ilk dəfə vergi toplamağa qərar verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az