Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəblər heyrət içində – Yarımadaya qar yağıb

Dünyanın ən isti yerlərindən olan Ərəbistan yarımadasına qar yağıb.

Hazırda körfəz ölkələrində görünməmiş soyuqlar müşahidə olunur.

“Din.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, dünyanın ən isti yerlərindən sayılan Ərəbistan yarımadasına qar yağıb.

Birləşmiş Ərəb Əmirliyinin meteobürosu ölkənin şimalındakı Cəbel Cess dağlıq massivinə qarın yağması barədə məlumat verib. Qar paytaxtın təpəlik hissəsi, eləcə də Səudiyyə Ərəbistanının şimalında da müşahidə olunub.

Yarımada üçün qeyri-adi olan hava şəraitinin hələ 5 gün davam edəcəyi proqnozlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az