Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərəbistan Kralının Trampa 83 adda hədiyyə verdiyi bəlli oldu- FOTOLAR

Trampa 83 adda müxtəlif hədiyyələr verildi.

Seçkiqabağı kampaniyası zamanı isə indiki ABŞ lideri o vaxtkı prezidentliyə namizəd Hillari Klintonu Ərəbistandan pul aldığına görə qınayırdı…

ABŞ prezidenti Donald Tramp may ayında dövlət başçısı kimi ilk xarici səfərini etdiyi Səudiyyə Ərəbistanında saysız-hesabsız hədiyyələr alıb.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda Amerikanın “The Daily Beast”  nəşri məlumat yayıb.  Sözügedən nəşr Ağ Evə prezidentin Səudiyyə Ərəbistanına son səfəri zamanı aldığı hədiyyələrin siyahısını istəyib. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq Ağ Ev həmin hədiyyələrin siyahısını təqdim edib. Məlum olub ki, Ərəbistan rəhbərliyi tərəfindən Trampa 83 adda müxtəlif hədiyyələr verilib. Onların arasında Trampın portreti, ərəb qadınının kətan üzərində  böyük təsviri, pələng və  çöl pişiyi xəzindən kürklər, təmiz gümüşdən olan  sədəf qınlı  xəncər, çoxsaylı qılınc və xəncərlər vardır.

Qəribədir ki, özünün seçkiqabağı təbliğat kampaniyasında Tramp  o zaman rəqiblərindən biri olan sabiq dövlət katibi Hillari Klintonu Ərəbistandan pul adldığına görə dəfələrlə tənqid etmişdi.

“Bu adamlar qadınları öldürür, qadınlarla vəhşicəsinə rəftar edir və siz yenə də onlardan pul götürürsünüz…” Hazırkı ABŞ prezidenti 2016-cı ilin yayında “Tvitter”də H.Klintonun ünvanına belə yazırdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az