Ərəb və yəhudi uşaqlar İsrail və Fələstinin 25 ildə edə bilmədiklərini etdilər

“2 xalq üçün 2 dövlət”
Ərəb və yəhudi məktəbliləri siyasətçilərin bacarmadığı işi cəmi 24 saata ediblər.
“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, fələstinli və israilli məktəblilər 2 ölkənin siyasətçi və diplomatlarının 25 ildən çoxdur ki, bacarmadığı işi cəmi 24 saat ərzində ediblər.
Xüsusi təşkil edilmiş və Fələstin-İsrail sülh danışıqlarını canlandıran səhnə zamanı onlar Yaxın Şərq münaqişəsinin həll edilməsi şərtlərində razılığa gəliblər. Bu danışıqlar üçün onlar 24 saatlarını sərf ediblər.
Oyun Tel-Əviv şəhərinin yaxınlığında yerləşən Şərqi Aralıq Dənizi Beynəlxalq Məktəbində baş tutub. Həmin məktəbdə təxminən 40-a yaxın dövlətin nümayəndələri təhsil alır.
Oyunda 15 ölkədən olan 50 şagird iştirak edib. İştirakçılar arasında rusiyalı məktəblilər də olub. Uşaqlar 3 qrupa bölünüblər. Hər qrupda Fələstin və İsrail nümayəndə heyətləri olub. Hər 3 qrup “2 xalq üçün 2 dövlət” prinsipi əsasında razılığa gələ bilib.