Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb ölkələri Fələstinə hər ay 100 milyon dollar yardım etmək barədə razılığa gəlib

Fələstin məsələsi sammitin yekun açıqlamasına ayrıca maddə kimi daxil ediləcək.

Ərəb ölkələri Fələstinə hər ay 100 milyon dollar ödəməyə hazırdır.

Din.az xəbər verir ki, bu barədə Ərəb Ölkələri Liqasının (ƏÖL) nümayəndəsi Mahmud əl-Hümeyri məlumat verib.

Ərəb Ölkələri Liqasının Tunisdə keçiriləcək sammitinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı əl-Hümeyri bildirib ki, Fələstin məsələsi sammitin yekun açıqlamasına ayrıca maddə kimi daxil ediləcək. O, əlavə edib ki, ƏÖL ölkələri qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün birdəfəlik maliyyə yardımı paketlərinin verilməsini planlaşdırır.

Onun sözlərinə görə, sammitdə həmçinin Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin əhəmiyyəti vurğulanacaq. / ONA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az