Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRƏB KÖRFƏZİNİN ƏN QANLI MÜHARİBƏSİ

Məqsəd Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək idi.

İran-İraq müharibəsi (İranda “Müqəddəs müdafiə” (دفاع مقدس, Defae-moqaddas), (İraqda isə “Səddam Qədisiyəsi” (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) – İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib.

Din.az bildirir ki, müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınıb və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdi. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdı. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdı.

Rəsmi məlumata əsasən, İranın 188 015 əsgər, könüllü və mülki şəxsi öldürülüb. Əslində 800 000 nəfərin öldüyü güman edilir. İqtisadi itki – 500 milyard ABŞ dollarından artıq.

İraq 250 000-500 000 əsgər, könüllü və mülki şəxs itirib. İqtisadi itki – 500 milyard ABŞ dolları. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az