Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəb futbolçular Londondakı terrorda ölənləri saymadı – VİDEO

Futbol meydançasında gözlənilməz hal…

Səudiyyə Ərəbistanı Milli Futbol Komandası Londonda terror aktı zamanı həyatını itirənlər üçün elan edilən bir dəqiqəlik anma mərasimində iştirak etməyiblər.

Din.az Türkiyə mediasından əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Milli Futbol Komandası Avstraliyaya qarşı oynadığı Dünya Çempionatının Seçmə matçında Londondakı terror aktında dünyasını dəyişənlərin xatirəsi anılan zaman meydanda olan ərəb futbolçular buna biganə yanaşıb. Səudiyyə Ərəbistanın liderliyində olan bir çox ərəb dövlətlərin Qətərə “terrora dəstək verməsi” iddiası ilə diplomatik əlaqələrini kəsdiyi bir vaxtda Səudiyyə Ərəbistanı Milli Futbol Komandasının Londonda 7 nəfərin öldüyü, 48 nəfərin yaralandığı və İŞİD-in öz üzərinə götürdüyü terror hücumu üçün bir dəqiqəlik sükuta qatılmaması diqqətləri üzərinə çəkib.

Hətta tamaşaçıların belə anma mərasimində ayağa qalmadığı bildirilir. Bəzi şəhrçilərin fikirlərinə görə, Səudiyyəli futbolçuların bunu anlamadıqları deyilir.

Həmin videogörüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az