Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərəb dünyasını silkələyən Qətər böhranı bitdi: ABŞ-dan 12 milyard dollarlıq silah alacaq

ABŞ Yaxın Şərq ölkələrinə silah verib onları bir-birilə qarşı-qarşıya qoymaq istəyir?

Qətərin Müdafiə Nazirliyi F-15 döyüş təyyarələrinin alınması üçün ABŞ ilə müqavilə imzalandığını bildirib.

Din.az-ın “A24.Az”a istinadən verdiyi məlumata görə, Pentaqonun rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri çərşənbə günü bu müqaviləni imzalamaq üçün görüşməli idilər. “Bloomberg” agentliyi öz növbəsində əlavə edir ki, müqaviləyə 36 təyyarə daxildir.

Qeyd edək ki, ötən ilin noyabr ayının 18-də məlum oldu ki, ABŞ Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15QA qırıcısı və müxtəlif avadanlıq və silah satacaq.

“McDonnel Douglas F-15 Eagle” – 1970-ci ildə “McDonnell Douglas” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil Amerikanın taktiki qırıcı təyyarəsidir. Bu təyyarədən cəmi təxminən 1200 ədəd müxtəlif modifikasiyalı istehsal edilib.

Baş verən son hadisələr ABŞ-ın Yaxın Şərq ölkələrinə silah verib bir-birilə qarşı-qarşıya qoymaq istəməsi kimi şərh olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az