Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğanın planı, Azərbaycan üçün xeyir və zərərlər… – SİYAHİ ŞƏRH

“Proseslərin Azərbayacan təsiri gözlənilmir”.

Qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

Din.az “Metbuat.az”a istinadən xəbər verir ki, Türkiyə və Qətər arasında “İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü il sazişi”nə əsasən, türk hərbçilər Qətəri hava və sudan qorumaq öhdəliyi də götürüb.

Qeyd edək ki, Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

“Türkiyə Qətərlə geniş ticarət əlaqələrinə malikdir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zəfəroğlu deyib.

“Türkiyənin Qətərlə iqtisadi platformada ciddi müttəfiq münasibətləri var. Şübhəsiz ki, rəsmi Ankaranın atdığı addımlarda bu amil də son dərəcə ciddi faktor olaraq qəbul edilməlidir. Digər tərəfdən, hər iki ölkə arasında 2014-cü il hərbi razılaşması var. Bu gün kiçik sayda olsa belə, türk hərbi kontingentinin Qətər ərazisinə yerləşdirilməsi həmin müqavilənin şərtlərinin irəli çəkilməsi ilə də izah oluna bilər. Lakin burada əslində cavabı verilməli olan sual başqadır: Türkiyənin ərəb qarşıdurmasında bu qədər açıq şəkildə tərəf tutması nə dərəcədə doğrudur? Təbii ki, bu suala cavablar müxtəlif ola bilər və fikirlərin əsaslandırılması üçün gətirilən arqumentlər də müxtəlifdir. Hər halda Ankaranın daha loyal mövqə sərgiləyərək digər ərəb ölkələri, xüsusilə də ticarət dövriyyəsi kifayət qədər yüksək olan Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xələl gətirməyəcək dərəcədə neytrallıq nümayiş etdirməsi daha doğru olardı”.

“Proseslərin Azərbayacan təsiri gözlənilmir”

“Azərbaycana isə proseslərin prinsipial təsiri olmayacaq. Bizim hər iki ölkə ilə xoş münasibətlərimiz var. Azərbaycan bir neçə gün əvvəl İslam həmrəyliyinə çağırış edən idman oyunlarına ev sahibliyi etdi. Bu il ölkəmizdə “İslam Həmrəyliyi” ili elan edilib. Biz İslam sivilizasiyasının həmrəylik və sülh içində olmasına çağırış edirik. Azərbaycan iki ölkə arasında münasibətlərin tezliklə yoluna qoyulmasında maraqlıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az