Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərdoğanı və ailəsini qoruyan polislər FETO-çu çıxdı – ŞOK ƏMƏLİYYAT

9 mindən çox polisin işdən çıxarıldı.

Polis Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Mühafizə Xidmətində əməliyyat keçirib. “Din.az” Lent.az-a istinadən xəbər verir ki, FETO təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 19 xüsusi təyinatlı polis əməliyyat nəticəsində ifşa edilib. Onlardan ikisi rəis vəzifəsindədir.

 

Qeyd edək ki, mühafizə sistemindəki təmizləmə Türkiyədə bir neçə gündür davam edən və 9 mindən çox polisin işdən çıxarılması ilə nəticələnən silsilə çərçivəsində baş tutub. Bu şəxslər Türkiyə prezidenti və ailəsinin mühafizəsi ilə yanaşı prezident sarayı, yaşayış yeri, ofisi kimi obyektlərin də təhlükəsizliyinə cavabdeh olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az