Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRDOĞANDAN TƏKLİF: TÜRKDİLLİ DÖVLƏTLƏRİN VAHİD UNİVERSİTETİ YARADILSIN

“Vahid universitetin yaradılması türkdilli ölkələrin marağına cavab verir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb.

Din.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini qeyd edib.

R.T.Ərdoğan deyib: “Bütün türkdilli ölklər, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla yeni universitetin təsisçiləri ola bilərlər”.

Qeyd edək ki, Türkiyə prezidenti sentyabrın 8-10-da Qazaxıstanda səfərdə olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az