Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ƏRDOĞANDAN İSLAM DÜNYASINA: ARAKANDAKI ZORAKILIQ…

“Myanmadakı hadisələr hamımızı dərindən kədərləndirir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4 islam ölkəsinin lideri ilə telefon əlaqəsi yaradıb.

Din.az bildirir ki, dövlət başçısı İran, Qətər, Pakistan və Mavritaniya prezidentlərini Qurban bayramı münasibətilə təbrik edib.

Danışıq zamanı Ərdoğan Suriya, Liviya, İraq, Yəmən və Fələstində yaşanan problemlərdən dolayı müsəlmanların rahat şəkildə sözügedən bayramı qeyd edə bildmədiyini bildirib.

Həmçinin o, Myanmadakı müsəlmanlara qarşı həyata keçirilən zorakılığın da islam aləmini dərindən kədərləndirdiyini qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az