Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRDOĞANDAN BƏHS EDƏN FİLMİN PRODÜSERİ FETÖ ÜZVÜ OLMAQDA İTTİHAM EDİLİR

Prodüserin evində axtarışlar aparıldı.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın həyatı ilə bağlı çəkilmiş “Rəis” filminə prodüserlik edən Əli Avcı saxlanılıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avcı FETÖ-yə üzv olmaqda ittiham edilir. Bildirilir ki, haqqında saxlanılma qərarı çıxarılan prodüserin evində axtarış aparılıb.

Qeyd edək ki, Əli Avcı 15 iyul gecəsindən bəhs edən “Oyanış” adlı filmə də rejissorluq edib. Film geniş kütləyə təqdim edilmədən artıq müzakirələrə səbəb olub. Belə ki, səhnələrin birində Ərdoğanın başına silah dayadılması etirazlara səbəb olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az