Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərdoğana arakanlı müsəlmanlarla bağlı TƏKLİF

Arakan bölgəsindən olan müsəlmanlar üçün təhlükəsizlik zonası yaradıla bilər.

Banqladeş prezidenti Əbdül Həmid BMT və ya İslam Əməkdaşlıq Təşkilatının (İƏT) himayəsi altında Myanmanın Arakan bölgəsindən olan müsəlman qaçqınlar üçün təhlükəsizlik zonasının yaradılmasını təklif edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, Banqladeş lideri təklifi Qazaxıstanın paytaxtı Astanada İƏT-in elm və texnologiya üzrə birinci sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib.

Qeyd edək ki, Banqladeş BMT-nin qiymətləndirmələrinə görə, avqustun sonundan 270 min arakanlı müsəlmanı qəbul edib. Banqladeşin baş naziri Şeyx Hasina Vazedin Myanma hakimiyyətini qaçqınları geri qəbul etməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az