Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan: “Türkiyə və İran regionda birgə əməliyyatlara başlayır”

PKK-ya qarşı birgə əməliyyatlar aparılacaq.

İran və Türkiyə regionda terror təşkilatlarına qarşı birgə hərbi əməliyyatlara başlaya bilər.

Din.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün İordaniyaya səfərə yola düşməzdən əvvəl deyib.

Ərdoğan qeyd edib ki, regionda terrorçulara qarşı birgə hərbi əməliyyatların keçirilməsinin detalları daha əvvəl İranın və Türkiyənin Baş Qərargah rəisləri arasında müzakirə edilib.

İran Türkiyəni həqiqətən də PKK-ya qarşı birgə əməliyyatlara başlamağa çağırıb.

Bu təklif Ankarada Türkiyə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Hulusi Akar və Məhəmməd Hüseyn Baqeri arasında müzakirə olunub.

Detallar açıqlanmasa da bildirilir ki, hazırda İran və Türkiyə İraqın şimalında 9 mövqedə hərbi əməliyyatlara başlamaq üçün danışıqlar aparırlar. / Virtualaz.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az