Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək

“YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir”.

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: “YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir”.

Ərdoğan bəyan edib ki, Türkiyə Suriyada terrorçuların planına mane olmaq üçün əlindən gələni edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az