Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərdoğan: “Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır”

“Biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”.

“Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”.

Din.az “APA”ya istinadən xəbər verir ki, bunu Rusiyanın “İzvestiya” nəşrinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Hazırda Suriyada mənfi proseslər baş verməkdədir.  Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”, – deyə  prezident qeyd edib.

Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az