Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ƏRDOĞAN TƏK BAŞINA DÜNYANI AYAĞA QALDIRDI

Ərdoğan yenə də Arakan qətliamını gündəmə gətiridi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Donald Trampla Arakan qətliamıyla bağlı telefon danışığı aparıb.

Din.az A24.az-a istinadən xəbər verir ki, Ərdoğan yenə də Arakan qətliamını gündəmə gətirib. O Trampla telefon görüşməsi aparıb.

Görüşməylə bağlı Ərdoğan ” İkili əlaqələrin daha da gücləndirilməsinə qərar verdik. İki ölkənin strateji ortaq olduğuna və bunun iki ölkə arasındaki əlaqələrə təsir etməsi gərək olduğuna işarə etdik.

Bunlarla yanaşı, bölgə məsələlərini də danışdıq. Myanmar məsələsindən də bəhs etdim. Arakan qətliamına ABŞ-ın həssasiyyət göstərməsinin önəmli olacağına diqqət çəkdim. BMT-nin Təhlükəsizlik Şurasında bütün məsələləri üz- üzə görüşmənin faydalı olacağını bildirdim” deyib.

Ərdoğan həmçinin “Arakanda insanlıq dramı yaşanır. İnsanlar ac- susuz, pərişan haldadır. O insanlara kömək lazımdır. Biz bu məsələdə Banqladeşi də tək buraxmayacağıq.

Bunun üçün Arakana göndərəcəyimiz geyimi, dərmanı Banqladeşdən satın alsaq, Banqladeş iqtisadiyyatına da kömək etmiş olarıq.

Biz ilk mərhələ Arakana 1000 ton yardım göndərmişik. İkinci mərhələ bu 10000 olacaq və davamı da gələcək. Bu məsələni İran prezidentiylə də danışmışam və məsələyə müsbət reaksiya verib” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az