Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRDOĞAN QÜDSDƏN VƏ ARAKANDAN DANIŞDI

Türkiyə Banqladeş və Myanma hakimiyyətləri ilə əməkdaşlıq etməyə hazırdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə islamın müqəddəs yerlərinə qarşı təxribatların qarşısının alınması və Myanma müsəlmanlarına qarşı dözümlü olmağa çağırıb.

Din.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə lideri Astanada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammitin açılışında çıxış edərkən deyib.

Ərdoğan Myanmanın Arakan əyalətində rohinya xalqından olan müsəlmanların qətllərindən danışaraq diqqətləri bu məsələyə cəlb etmişdir.

Onun sözlərinə görə, Türkiyə regionda baş verən humanitar dramın qarşısının alınması məqsədilə Banqladeş və Myanma hakimiyyətləri ilə əməkdaşlıq etməyə hazırdır. Ərdoğan qeyd edib ki, Ankara Myanmadakı qətllər və təzyiqindən qaçan müsəlmanların qəbul məsələsində Dəkkəyə dəstək olmağa hazır olduğunu bildirib.

Türkiyənin dövlət başçısı Fələstində olan vəziyyətdən də danışıb.

Onun sözlərinə görə, İƏT ölkələri Əl-Əqsa məscidinə qarşı hörmətsizlik, təhriki və təxribatların istənilən formaların qarşısının alınması ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az