Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan Qətər böhranının həlli üçün turne həyata keçirmək niyyətindədir

“Türkiyə bölgədə dialoqun bərpa edilməsinə kömək edə bilər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranına cəlb olunmuş ölkələr – Qətər, Küveyt və Səudiyyə Ərəbistanı arasında siyasi dialoqun yaradılmasını təmin etmək üçün bu ölkələrə diplomatik turne həyata keçirmək niyyətindədir.
Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan Hamburqdakı G20 sammitindən geri dönərkən təyyarənin göyərtəsində türkiyəli jurnalistlərə bildirib.
“Ola bilsin, iyulun 15-dən sonra diplomatik turneyə çıxdım. Türkiyə bölgədə dialoqun bərpa edilməsinə kömək edə bilər”, – Türkiyə prezidenti qeyd edib.
Onun sözlərinə görə, regiona planlaşdırılan səfər vasitəçilik cəhdi kimi dəyərləndirilməməlidir, çünki vasitəçi rolunu artıq Küveyt üzərinə götürüb, Türkiyə bu səyləri yalnız dəstəkləyir.
R.T.Ərdoğan bu məsələni ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə müzakirə etdiklərini, söhbətləşdiyi bütün G20 ölkələri liderlərinin böhranın həllində maraqlı olduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az