Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRDOĞAN QƏRBƏ TƏHSİL ALMAĞA GEDƏNLƏRİ AGENT ADLANDIRDI

Bəzi gənclər öz milli kimliklərini unudurlar,

“Təhsil üçün qərbə gedənlər agent olur”.

Din.az A24.Az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhsil üçün qərbə gedənlərin çox zaman qərbin sadəcə mədəniyyətini götürdüklərini, mənliklərini itirərək ölkələrinə döndüklərini bildirib. Ərdoğan “Gəncləri qərbə təhsil almağa göndərməkdə məqsədimiz onların savad əldə edərək öz ölkələrinin inkişafı üçün çalışmalarıdır. Onlar isə öz milli kimliklərini unudurlar, öz millətinə aşağıdan-yuxarı baxırlar, milli dəyərlərindən diksinirlər. Bu tip insanların bizə verdikləri zərəri heç bir düşmən verməyib. Bunların xəyanət etmədikləri heç bir dəyər yoxdur. Çoxu öz beynini Pensilvaniyadaki şarlatana satan manqurtlardır” deyib .

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az