Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

“Bu baza iki müstəqil ölkənin razılaşması əsasında qurulub”.

Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan Qətər böhranının müzakirəsi məqsədilə Körfəz ölkələrinə səfər edəcək.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Türkiyənin Qətərdəki hərbi bazasının ləğv edilməsi gündəmdə deyil:

“Bu baza iki müstəqil ölkənin razılaşması əsasında qurulub. Körfəz ölkələrinin bunu tələb etməsi doğru deyil”.

Çavuşoğlu sözlərinə əlavə edib ki, həm hərbi baza məsələsi, həm də Qətərə tətbiq edilən sanksiyalarla bağlı Ərdoğanın körfəz ölkələrinə səfəri gözlənilir. Hazırda səfərin vaxtı razılaşdırılır.

Qeyd edək ki, iyun ayında Körfəz ölkələri terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az