Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ƏRDOĞAN: İSRAİL GERİ ÇƏKİLMƏLİDİR

Ərdoğan: “Fələstində yaşananların göz qabağındadır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turu öncəsi İstanbul Atatürk Hava Limanında bəyanat verib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Ərdoğan Suriya, İraq, Liviya, Fələstində yaşananların göz qabağında olduğunu, Əl-Əqsanın da bütün bunlara bir nümunə olduğunu söyləyib.

“Qüdsdə törədilən hüquq pozuntuları müsəlmanların da başqalarının hüquqlarını pozacaına dəlalət etmir. Əsla belə bir şey ola bilməz. Başqa dinlərə mənsub insanların ibadət yerlərinə xələl gətirmək bizim mədəniyyətimizdə əsla yoxdur. Əl-Əqsada sakitliyin bərqərar olması üçün ciddi səy göstəririk. İsrail hüquqa, insan dəyərlərinə uyğun davranmalıdır. Bölgədə gərginliyi artıracaq addımlardan geri çəkilməlidir”, – Ərdoğan vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az