Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ƏRDOĞAN İSLAM ÖLKƏLƏRİNİ BAŞINA YIĞIB HƏRƏKƏTƏ KEÇİR – SİYAHIDA AZƏRBAYCAN DA VAR

Ərdoğan İslam ölkələrinə səslənəcək…

Türkiyə prezidenti Ərdoğan arakanlıların yaşadıqlarını beynəlxalq arenaya daşıyacaq.

Din.az bildirir ki, Türkiyə prezidenti 9-10 sentyabrda Astanada, 19-25 sentyabrda isə Nyu Yorkda arakanlılara qarşı edilən zülmü dayandırmaq üçün çağırış edəcək.

İslam ölkələrinə səslənəcək…

19-25 sentyabr arasında ABŞ-ın Nyu York şəhərində keçiriləcək Birləşmiş Millətlər 72-ci Baş Assambleyasında iştirak edəcək Ərdoğan çıxışının əsas hissəsini arakanlılara yaşadılan zülmə həsr edəcək. Çıxışı zamanı Ərdoğan Myanma hadisələri ilə yanaşı, Suriya və İraqdakı qaçqın problemi ilə də bağlı dünya liderlərinə səslənəcək. “Dünya 5-dən böyükdür” sözləri ilə BMT TŞ-nin strukturunu tez-tez tənqid edən Ərdoğan islahatlarla bağlı təkliflərini də yenidən səsləndirəcək.

16 İslam ölkəsinin liderləri ilə görüşdü…

Bir vaxtlar İslam İşbirliyi Təşkilatının başçısı olan Ərdoğan Qurban bayramı ilə əlaqədar telefonla əlaqə qurduğu İslam ölkələrinin liderlərinə Myanmadakı müsəlmanların öldürülməsinin sonlandırılması üçün birlikdə hərəkətə keçməyə çağırış edib.

Belə ki, Türkiyə prezidenti Ərəfə günü Mavritaniya prezidenti Əbdüləziz, Pakistan prezidenti Məmnun Hüseyn, İran prezidenti Həsən Ruhani, Qatar Əmri Şeyx Təmim bin Hamed Al Sani, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz Al Səud, Küveyt əmiri Şeyx Sabah Əl Əhməd Əl Sabah, Azərbaycan prezidenti İlham Əliyev və Banqladeş prezidenti Abdul Hamid, Qazaxıstan prezidenti Nazarbayev, Seneqal prezidenti Sall və Nigeriya prezidenti Buxari ilə danışıb. Ərdoğan bayramın ilk günündə isə Bəhreyn Kralı Hamed bin İsa Al Xəlifə, Tunis prezidenti El Baci Qaidə El Sibsi, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Berdimuhamedov və İndoneziya prezidenti Joko Vidodo ilə görüşərək fikir mübadiləsi aparıb. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az